Çavuşoğlu Finlandiyanı təbrik etdibackend

Çavuşoğlu Finlandiyanı təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısı üçün getdiyi Brüsseldə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Nazir Çavuşoğlu görüşlə bağlı sosial media hesabından paylaşım edib.

O, Brüsseldəki ilk görüşdə iştirak edən yeni müttəfiqi Finlandiyanın xarici işlər naziri Haavistonu NATO-ya üzvlük prosesinin başa çatması münasibətilə təbrik etdiyini qeyd edib.

Qeyd edək ki, Finlandiyanın üzvlük səbəbi ilə bu gün NATO-nun qərargahında keçiriləcək mərasimdə qərargahın girişində müttəfiq ölkələrin bayraqları arasında Finlandiya bayrağı öz yerini tutacaq.

Beləliklə, NATO Xarici İşlər Nazirlərinin Toplantısı günü alyansa 31-ci üzv kimi qoşulan Finlandiya  NATO-nun bütün hərbi və mülki strukturlarında öz yerini tutacaq.

NOCOMMENT.AZ