Çavuşoğlu: İnşallah, Ermənistan da ağıllanarbackend

Çavuşoğlu: İnşallah, Ermənistan da ağıllanar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq sistem “dondurulmuş münaqişə”ləri həll edə bilirmi? Azərbaycanın 44 günlük müharibədən sonra qazandığı Zəfəri Qarabağ probleminin “dondurulmuş münaqişə” olmadığını, sadəcə həllin dondurulmuş olduğunu, ATƏT-in bunu həll edə bilmədiyini, Azərbaycanın da öz problemini özünün həll etdiyini göstərdi”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hacı Bayram Veli Universitetində çıxışı zamanı bildirib.

O, bütün dünya diqqətinin Türkiyə, Azərbaycan və Orta Asiya – Türk Dünyası geosiyasi bölgəsinə yönəldiyni qeyd edib:

“Şimal dəhlizi artıq alternativ yol deyil. Buna görə də şərq-qərb orta dəhlizi – Xəzərdən keçməklə, Orta Asiya, Qafqaz və Türkiyədən keçən yol artıq önəm kəsb etməyə başlayıb;

İnşallah Ermənistan da ağıllanar, Ermənistan üzərindən keçəcək yolların, layihələrin də həyata keçməsi ilə onlar da bundan faydalanar.