Yaxın vaxtlarda İrana gedəcəyəm.
NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bugünkü görüşdə ikitərəfli əlaqələr müzakirə olunub:
“Enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət barədə də fikir mübadiləsi apardıq”.