Çavuşoğlu: Qarabağda əsas məsələ atəşkəsin davam etməsidirbackend

Çavuşoğlu: Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“22 dəfə əlaqə saxlamışıq. Bu gün keçmiş toplantılarda imzaladığımız sənədləri gözdən keçirdik”.

NOCOMMENT xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.

“Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar”, – deyə o bildirib.

M.Çavuşoğlu Rusiya ilə kitərəfli ticarət əlaqələrini də inkişaf etdirəcəklərini vurğulayıb.

Türkiyə XİN başçısı Liviya və Suriyada Rusiya ilə birgə fəaliyyəti də yüksək qiymətləndirib.