CBC telekanalının əməkdaşları koronavirusa yoluxublarbackend

CBC telekanalının əməkdaşları koronavirusa yoluxublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı surətdə tanınmış klinikaların birində koronavirusuna dair test analizi veriblər.

Telekanaldan NOCOMMENT-ə verilən məlumata görə, şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub.

“Həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər. CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq. Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətlərini davam etdirirlər. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur. Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVİD-19-a qarşı test analizi verməsi planlaşdırılıb”, – deyə məlumatda bildirilib.