Cəbrayıl rayonunun neçə faizi azad olunub? – Deputatdan AÇIQLAMAbackend

Cəbrayıl rayonunun neçə faizi azad olunub? – Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cəbrayıl rayonunun təxminən 2/3-si işğaldan azad olunub”.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bildirib: “Demək olar ki, Cəbrayıl rayonunun böyük hissəsi işğaldan azad edilib. Ümumilikdə 97 yaşayış məntəqəsi var. Azərbaycan ordusu tərəfindən 37 kəndimiz düşmən tapdağından azad olunub.

Bu kəndlərlə yanaşı, yüksəkliklər və boş ərazilər də nəzarətimizə keçib. Xüsusilə də Araz çayı qırağında yerləşən bütün kəndlərimiz bizdədir. Az bir hissə qalıb ki, onu da, inşallah, alacağıq”.