Cəlilabadda yol qəzası oldu – Xəsarət alan varbackend

Cəlilabadda yol qəzası oldu – Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az bildirir ki, “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində “VAZ 2115” markalı minik avtomobili ilə “İveko” markalı yük avtomobili toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.