Cəlilabadda yol qəzası olub, ölən və yaralananlar varbackend

Cəlilabadda yol qəzası olub, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 5-də saat 23 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakini R.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Əli Ağazadə orada ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.