Göy üzündəki planetlərin hərəkəti bu dəfə 4 bürc üçün mühüm dəyişikliklər vəd edir.
NOCOMMENT.az xəbər verir ki, ulduzların düzülüşü Əkizlər, Əqrəb, Qız və Oxatan bürclərinin həyatında yeni mərhələlərin başlanmasına işarə edir.
Əkizlər - Yeni ideyalar və planlar ön plana çıxır. Uzun müddətdir düşündüyünüz layihələrin reallaşması və yeni təkliflər gündəmə gələ bilər. Ünsiyyət və müqavilələr üçün uğurlu dövrdür.
Əqrəb - Gizli qalan bəzi həqiqətlər üzə çıxa bilər. Bu vəziyyət sizə üstünlük qazandıraraq hadisələrə nəzarəti artıracaq. Şəxsi cazibəniz də ön plana çıxır.
Qız - Həyatınızda artıq yükə çevrilən münasibət və vərdişlərdən uzaqlaşma dövrü başlayır. Bu dəyişikliklər əvvəl çətin görünsə də, sonradan rahatlıq gətirəcək. Sağlamlıq və gündəlik rutinlərdə müsbət dəyişikliklər mümkündür.
Oxatan - Şəxsi həyatınızda yeni və gözlənilməz tanışlıqlar yaşana bilər. Mövcud münasibətlərdə isə daha ciddi addımlar gündəmə gələ bilər. Emosional baxımdan güclü bir dövr sizi gözləyir. Metbuat.az











