Ermənistanda siyasi şok: Qagik Tsarukyan saxlanıldı

Ermənistanda siyasi şok: Qagik Tsarukyan saxlanıldı

Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Tsarukyan saxlanılaraq istintaqa cəlb edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçinin vəkili məlumat verib. Vəkilin sözlərinə görə, Qagik Tsarukyan Ermənistanın İstintaq Komitəsinə aparılıb.

Məlumata görə, istintaq orqanı yaxın vaxtlarda məhkəməyə müraciət edərək, partiya lideri barəsində həbs-qətimkan tədbirinin seçilməsini tələb etməyi planlaşdırır.

Qeyd edək ki, bu saxlanılma Tsarukyanın mülklərində və ona məxsus "Multi Qrup" şirkətlərində aparılan genişmiqyaslı axtarışlardan sonraya təsadüf edir.

Əli Səfərli,

NOCOMMENT.az