İçməli təmiz su küçə boyu axır. Evinə isə 80 gündür ki, içməli su gəlmir.
NOCOMMENT.az xəbər verir ki, bunu Sabunçu rayonu Sabunçu qəsəbəsi Əlyar Əliyev küçəsində yaşayan Yusif Sadıqov bildirir. Onun sözlərinə görə, evinə gələn su borusu isitismara yararsız olduğundan, suyun verilmə vaxtında içməli su ona gəlib çatmır, küçə ilə axıb gedir.
Ətraf ərazidə yaşayan sakinlər dedilər ki, indi hava günəşli olduğundan yer quruyub. Amma xüsusilə səhər saatlarında, su verilən vaxtı içməli su küçə ilə axıb ziyan olur.
Sakinlər dedilər ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, aylardır bu problem həllini tapmır və davam edir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlasaq da, şənbə günü olduğundan cavablandırılmadı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.











