Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, Trend-in Qarabağ bürosunun xəbərinə görə, növbəti yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə baş verib.
Yanğın 20 hektara yaxın ərazini əhatə edir.
Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili və Ağdərə rayonun 1 avtomobili şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.










