Ləğv prosesində olan bankların sayı AÇIQLANIB

Ləğv prosesində olan bankların sayı AÇIQLANIB

Ləğv prosesində olan bankların sayı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, sözügedən məlumat Əmanətlərin Sığortalanması Fondunun I yarımilə dair hesabatında əksini tapıb.

Hesabatda bildirilib ki, hazırda ləğv prosesində 19 bank var.

Qeyd olunub ki, 63 888 əmanətçiyə kompensasiya ödənilib.

Həmçinin əlavə edilib ki, toplam kompensasiyanın məbləği 1 milyard 729 milyon 887 min 654 manatdır. (Oxu.az)