Sabunçu rayonunda mənzildən kişi meyiti tapıldı

Sabunçu rayonunda mənzildən kişi meyiti tapıldı

Bakıda 72 yaşlı kişinin meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini - 1954-cü il təvəllüdlü Bahadır Əliövsət oğlu Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən cəsədi öz evində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./Oxu.az