Astaraya yeni baş memar təyin olundu

Astaraya yeni baş memar təyin olundu

Astara Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyinatı olub.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı icra başçısı sərəncam imzalayıb.

Belə ki, Azər Əhmədov Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) vəzifəsinə təyin olunub. (İqtisadiyyat.az)