Akif Cahit Erdoğan “Yapı Kredi Bank Azərbaycan”dan getdi

Akif Cahit Erdoğan “Yapı Kredi Bank Azərbaycan”dan getdi

“Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının (MŞ) sədr müavini bankdan ayrılıb.

NOCOMMENT.az cəbər verir ki, bu barədə Plat.az-a bankdakı mənbədən bildirilib.

Qeyd edilib ki, bankın sədr müavini Akif Cahit Erdoğan iyul ayının əvvəlində öz istəyi ilə bankdan ayrılıb.

O həmçinin, Audit Komitəsinin sədri vəzifəsini tərk edib. MŞ-də hələlik onun yerinə təyinat olmasa da, Audit Komitəsinə yeni sədri Mehmet Erkan Akbulut təyin edilib.

Qeyd edək ki, Akif Cahit Erdoğan iyul ayının 1-dən etibarən əsas bank olan “Yapı Kredi Banka”sındakı Kommersiya və KOB bankçılığı üzrə baş direktorun müavini vəzifəsindən də ayrılıb.

Xatırladaq ki, Akif Cahit Erdoğan 2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın rəhbərliyinə təyin edilmişdi.

Yapı Kredi Bank Azərbaycan QSC 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)" yaradılıb, 2007-ci ildə rebrendinq edilib. Yapı və Kredi Bankası A.Ş (Türkiyə) bankının törəmə bankıdır.