Xəbər verdiyimizi kimi, Azərbaycanda güclü zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, yeraltı təkanlar Qəbələ, İsmayıllı, Zaqatala və başqa bir neçə rayonda hiss olunub.
Yerli sakinlərin sözlərinə görə, zəlzələ hiss edilib.
Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub. Qeyd edilib ki, 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də açıqlama verib.
O bildirib ki, məlumata görə, dağıntı olmasa da, yeraltı təkan hiss edilib.
NOCOMMENT.az











