Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Salyan rayonunda yaşayış kompleksi tikəcək.
NOCOMMENT..az-ın məlumatına görə, bununla bağlı hazırlıqlara başlanılıb.
İlkin mərhələdə rayonda 30 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi işləri həyata keçiriləcək.
Layihələndirmə işlərinə şəhərsalma əsaslandırması, mühəndis - geoloji axtarış işləri, geoloji rəy, baş plan, memarlıq həlli və s. məsələlər daxildir. (İqtisadiyyat.az)












