Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk limanına hərəkət edən və göyərtəsində meyvə-tərəvəz yüklü konteynerlər olan “Nadejda” gəmisi hücuma məruz qalıb. Gəminin Ukrayna dronu tərəfindən vurulduğu bildirilir.
NOCOMMENT.az xəbər verir ki, insident zamanı hədəfə alınan gəminin ekipaj üzvləri Azərbaycan və Türkiyə vətəndaşlarından ibarətdir.
Türkiyənin “Kalyoncu” firmasına məxsus olan və başqa bir ölkənin bayrağı altında üzən gəmi Bakı vaxtı ilə saat 19:30 radələrində vurulub. Hücum nəticəsində əvvəlcə itkin düşən ekipaj üzvləri sonradan tapılıb, lakin onların vəziyyətinin ağır olduğu qeyd edilir.
Sara,











