Bilgəhdə velosiped zolağı zəbt edildi - "Məni cəriməsələr..." - VİDEO

Bilgəhdə velosiped zolağı zəbt edildi - "Məni cəriməsələr..." - VİDEO

Bakı şəhər Xəzər rayonu ərazisində - Zuğulba ilə Bilgəh qəsəbələrini birləşdirən yolda salınmış velosiped zolağı avtomobillər tərəfindən zəbt edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə velosiped həvəskarları sosial şəbəkədə paylaşım ediblər.

Bildirilib ki, sanatoriyaların və istirahət mərkəzlərinin olduğu istiqamətdə, yolun sağında velosipedçilər üçün salınmış xüsusi zolaq parkinqə çevrilib.

Velosipedçilər aidiyyəti qurumların məsələni həll etməsini istəyiblər.

Sözügedən ərazidən görüntüləri təqdim edirik: