Bu şəxslərə ŞAD XƏBƏR - 3 aylıq məvacib veriləcək

Bu şəxslərə ŞAD XƏBƏR - 3 aylıq məvacib veriləcək

Diplomatik xidmətə vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə maddəsi ilə xitam verildikdə əməkdaşın vərəsələrinə ortaaylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

NOCOMMENT.az xəbər verir ki, sözügedən məsələ "Diplomatik xidmət haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Həmçinin diplomatik xidmətə müddətli həqiqi hərbi xidmət və ya alternativ xidmətə çağırıldıqda maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına ortaaylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək.

Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər./Oxu.Az/

Bizim Telegram səhifəsinə abunə olun