Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisas seçimi başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün seçim ediblər.
Hər bir bakalavra 20-dək ixtisaslaşma kodunu seçmək imkanı yaradılıb.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 27 iyul saat 15:58-ə olan məlumata əsasən, 15717 bakalavr (Azərbaycan bölməsi – 14322, rus bölməsi - 1395) ərizəsini təsdiq edib.
DİM-dən nəticələrin yaxın 3 gün ərzində elan olunacağı bildirilib.
Bu il magistratura üçün plan yerlərinin sayı isə 17688-dir.











