Buzovnada qəsəbə yolu bərbad vəziyyətdə - VİDEO

Buzovnada qəsəbə yolu bərbad vəziyyətdə - VİDEO

Paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsinin əsas yolu bərbad vəziyyətdədir.

NOCOMMENT.az xəbər verir ki, sakinlər deyirlər ki, ərazidə nəinki piyadalar, elə nəqliyyat vasitələri də çətinliklə hərəkət edir. Onların sözlərinə görə, artıq bir aydan çoxdur ki, yolun asfalt qatı dağılıb, dərin çuxurlar yaranıb.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.

Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsindəki mövcud problemdən məlumatlıdırlar. Ərazidə qrunt və səth sularının toplanması müşahidə olunur. Hazırda aidiyyəti qurum tərəfindən problemin aradan qaldırılması məqsədilə layihə hazırlanır. Layihə reallaşdırıldıqdan və ərazidəki qrunt və səth sularının idarə olunması məsələsi həll edildikdən sonra asfalt örtüyünün bərpası istiqamətində işlər aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bizim Telegram səhifəsinə abunə olun