Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark Yaşayış Kompleksində partlayış baş verib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, hadisədən dərhal sonra əraziyə aidiyyəti qurumların briqadaları cəlb olunub.

Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir. Partlayışın səbəbi, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.