Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 29-da şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba ) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.