WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov forum günlərində nəqliyyatın idarə olunması ilə bağlı detalları açıqlayıb.
NOCOMMENT.az-ın xəbərinə görə, V.Aslanov bildirib ki, “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən mərkəzdən 24 saat fasiləsiz xüsusi marşrut fəaliyyət göstərəcək:
“İctimai nəqliyyatdan istifadə edən sərnişinlər buradan birbaşa tədbir məkanına çatdırılacaq. Ümumilikdə 9 şəhər nəqliyyat mübadilə mərkəzi müəyyən edilib. Şəhərdaxili 2 müntəzəm avtobus xətti istifadə olunacaq. Hava limanı üzrə 6 müntəzəm avtobus xətti olacaq. 9 nəqliyyat mübadilə mərkəzi bunlardır: Şıx, İçərişəhər, Nəriman Nərimanov, İzmir, 28 May, Gənclik, Ağ Şəhər, Seabreeze və Koroğlu”.











