DSX-nin əsgəri VƏFAT ETDİ - FOTO

DSX-nin əsgəri VƏFAT ETDİ - FOTO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu (əsgər) xəstəlik səbəbindən dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, əslən Tovuzun Əyyublu kəndindən olan DSX-nin əsgəri, Məmmədov Natiq qızılca xəstəliyi nəticəsində vəfat edib.



Məlumata görə, səhhəti kəskin pisləşən əsgərin həyatını xilas etmək üçün həkimlərin göstərdiyi tibbi səylərə baxmayaraq, onun daxil olduğu infeksiyanın ağır fəsadlarından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki o, iki ay əvvəl hərbi xidmətə yollanıbmış.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalar aparılır.

Allah rəhmət eləsin!

Sara,
NOCOMMENT.az