Dünyada ilk dəfə tapıldı – qiyməti qızıldan da bahadır , 1 millimetri şok qiymətə - FOTO

Dünyada ilk dəfə tapıldı – qiyməti qızıldan da bahadır , 1 millimetri şok qiymətə - FOTO

Rusiyada alimlər Xibin massivində elmə indiyədək məlum olmayan yeni mineral aşkar ediblər.

NOCOMMENT.az xəbər verir ki, kəşf Kola Elmi Mərkəzinin, Sankt-Peterburq Dövlət Universitetinin və Fersman adına Mineralogiya Muzeyinin alimləri tərəfindən Kirov mədənində edilib.

Yeni minerala “Kola aşkroftini” adı verilib. Onun tərkibində nadir torpaq elementi olan ittrium, həmçinin silisium, kalium, natrium, kalsium, manqan və flüor var. Mütəxəssislərin sözlərinə görə, bu mürəkkəb tərkib mineralı elmə məlum olan ən kompleks minerallardan birinə çevirir.

Yeni mineralın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun qiymətidir. Bildirilir ki, süxur üzərində cəmi 1 millimetrlik mineral örtüyünün qiyməti 145 dollara çata bilər. Bu göstəriciyə görə mineral qızıldan xeyli bahadır.

Klassik aşkroftin olduqca nadir, çəhrayımtıl və şəffaf silikat mineralıdır. Onun ən böyük yatağı Qrenlandiyada yerləşir, həmçinin Kanada və İtaliyada rast gəlinir. Lakin Rusiyada aşkarlanan nümunədəki kimyəvi tərkib dünyada ilk dəfə qeydə alınıb.

WhatsApp Image 2026-08-02 at 20.33.24 (1).jpeg (63 KB)