İtaliyada yol qəzasında altı nəfər ölüb

İtaliyada yol qəzasında altı nəfər ölüb

İtaliyada baş vermiş zəncirvari qəza nəticəsində altı nəfər ölüb, 30 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, “RAI Radio 1”in məlumatına görə, qəza Umbriya və Lazio bölgələri arasında yolda baş verib.

Polisin məlumatına görə, avtobus, səyyar ev və daha üç avtomobilin toqquşması ilə nəticələnən hadisə zamanı sürücü də daxil olmaqla avtobusdakı dörd nəfər və səyyar evdəki iki sərnişin həlak olub.

Yaralanan 30 nəfərdən dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Yol nəqliyyatın hərəkəti üçün bağlanıb, araşdırma aparılır. Bakıvaxtı.az