Tibb sektorunda fəaliyyət göstərən “SEM-AZ MMC cari ildə” qalib satınalma banklarının 5-ə çatdırıb.
Qaynarinfo xəbər verir, şirkətin Səhiyyənin Təminatı Mərkəzinin laboratoriya tədqiqatları və müayinələri üçün olan materialların satın alınması ilə bağlı lazım olan tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 801 912,66 manat təşkil edir.
“SEM-AZ” MMC bundan əvvəl Analitik Ekspertiza Mərkəzinin 2, Səhiyyənin Təminatı Mərkəzi və Regional Su Meliorasiya Xidmətinin 1 satınalma bankının qalibi seçilib. Bu banklar üzrə satınalma müqavilələrinin ümumi məbləği 1 611 254,92 manatdır.
NOCOMMENT.az bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.

Anar Məmmədov eyni zamanda “SEM-AZ Laboratoriya Cihazları” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, ev 2, döngə 11-də yerləşir.
İstər “SEM-AZ” MMC, istərsə də “SEM-AZ Laboratoriya Cihazları” MMC haqqında açıq görünüşdə hər hansı görünüş rast gəlinmir.
Mediada dərc olunan materiallarda “SEMAZ” MMC haqqında ilginc faktlar var. Bildirilir ki, “SEM-AZ” MMC səhiyyə nazirinin keçmiş köməkçisi Elservər Ağayevə məxsusdur. Qarşı tərəfin bu iddianı təkzib etmək barədə heç bir məlumat yoxdur.
Elsevər Ağayev 22 ilə yaxın səhiyyə nazirinin vəzifəsində çalışıb. O, nazir vəzifəsinə 1999-cu ildə təyin edilib. 2022-ci ildə işdən çıxarılıb.
Görünür, Elserevər Ağayev nazir müavini vəzifəsindən azad edilsə də, tibbi müalicə imkanlarını itirməyib. əksinə onun şirkətinin “tender kralı”na çevrilməzdi.












