Azərbaycan Respublikası Atçılıq Federasiyasında yeni təyinat baş tutub.
NOCOMMENT.az xəbər verir ki, Federasiyanın prezidenti Elçin Quliyevin müvafiq əmri ilə Elvin Məmmədxanov təşkilatın baş katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Elvin Məmmədxanov bu təyinatadək baş katibin birinci müavini vəzifəsində çalışıb və baş katib vəzifəsini müvəqqəti icra edirdi.











