Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinin mərkəzində bir neçə güclü partlayışın baş verdiyi bildirilir. "Reuters" agentliyinə istinadən yayılan məlumatlara görə, şəhərin "Biznes Bey" rayonunun sakinləri ard-arda partlayış səsləri eşidiblər.
NOCOMMENT.az xəbər verir ki, hadisə regionda hərbi gərginliyin artdığı bir dövrə təsadüf edir. Eyni zamanda, İran KİV-i ABŞ-nin Hörmüz boğazı yaxınlığındakı Bəndər-Abbas və Qeşm adası ətrafındakı obyektlərə yeni zərbələr endirdiyini elan edib.
Qeyd edək ki, bir müddət əvvəl İranın dövlət mediası ABŞ-nin keçmiş prezidenti Donald Trampın brendi ilə əlaqəli olan və BƏƏ, eləcə də Səudiyyə Ərəbistanında yerləşən obyektlərin – o cümlədən Dubaydakı "Tramp Beynəlxalq Hotel və Qülləsi" və Ciddədəki "Tramp Qülləsi"nin qanuni hədəf olduğunu bəyan etmişdi. Hazırda Dubayda eşidilən partlayışların bu hədəflərlə əlaqəli olub-olmadığına dair rəsmi təsdiq yoxdur.
Tunar,
NOCOMMENT.az











