Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini, həkim Əmir Əliyev tutduğu vəzifədən ayrılıb.
NOCOMMENT.az xəbər verir ki, 18 il ərzində rayon xəstəxanasında müxtəlif vəzifələrdə çalışan Ə.Əliyev işdən öz istəyi ilə ayrılıb.
Qeyd edək ki, bir müddət əvvəl xəstəxananın direktoru Əliyar Sərvərov da vəzifəsindən azad edilmişdi. Onun yerinə Pirallahı Tibb Mərkəzinin sabiq direktoru Azər Zeynalov təyin olunub.
Beləliklə, son dövrlərdə Quba Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyində ardıcıl kadr dəyişiklikləri baş verib. Shimal.News.az











