Fransa və İspaniyada meşə yanğınları səbəbindən yeni təxliyələr elan edilib, təxliyə olunanların ümumi sayı 300 mini ötüb.
NOCOMMENT.az-ın Fransa KİV-lərinə istinadən məlumatına görə, Fransanın Bordo rayonu və İspaniyanın paytaxtı Madrid yaxınlığında şiddətlənən yanğınlarla əlaqədar tədbirlər gücləndirilib. İspaniyanın şərqindəki Valensiya yaxınlığında isə bir nəfərin həlak olduğu bildirilir.
Bundan əlavə, Fransanın cənub-qərbindəki Jironda departamentində yanğın nəticəsində külə dönən ərazinin sahəsi 42 000 hektara çatıb. Hər iki ölkədə alovla mübarizə üçün minlərlə yanğınsöndürən və təhlükəsizlik xidməti əməkdaşı cəlb olunub.
Sara,
NOCOMMENT.az











