Fazil Mustafanı güllələyən 4 nəfər saxlanıldı – YENİLƏNDİ

Fazil Mustafanı güllələyən 4 nəfər saxlanıldı – YENİLƏNDİ

Bakının bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir. Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb.

NOCOMMENT.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTK və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Əlavə məlumat veriləcəkdir.

*00:00

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.

NOCOMMENT.az Operativ Media-ya istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.