BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazı rayonundan gəmilərin çıxarılması üzrə əməliyyatı müvəqqəti dayandırıb. Buna səbəb Oman körfəzində yük gəmisinə edilən hücum nəticəsində dəniz dəhlizinin təhlükəsizliyinin şübhə altına düşməsi olub.
NOCOMMENT.az xəbər verir ki, gəmilərin müşayiəti proqramı iyunun 23-də bölgədəki hərbi əməliyyatlar səbəbindən bloklanmış yüzlərlə gəmiyə və minlərlə dənizçiyə kömək etmək məqsədilə başladılmışdı.
IMO-nun baş katibi Arsenio Dominqes bildirib ki, son insidentdən sonra təhlükəsizlik təminatlarının qiymətləndirilməsi üçün bu fasilə zəruridir. İlkin məlumatlara görə, hücuma məruz qalan gəmi rəsmi təxliyə proqramında iştirak etməyib.
Sara,
NOCOMMENT.az











