Türkiyənin Çanaqqala vilayətində azərbaycanlı qadın evlilik vədi ilə kişinin pullarını ələ keçirib.
NOCOMMENT.az xəbər verir ki, istintaq nəticəsində müəyyən edilib ki, hətta televiziya proqramlarından birində də müzakirə olunan bu hadisədə özünü L.A. kimi təqdim edən şəxs əslində Azərbaycan vətəndaşı M.H.-dir. İstintaqın məlumatına görə, o, R.Y. adlı şəxsi evlilik vədi ilə aldadaraq 800 min türk lirəsini ələ keçirib.
Xaricə qaçmağa cəhd etdiyi vaxt Ərzurum şəhərində saxlanılan M.H. iyunun 24-də məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə əlaqəli olduğu və vasitəçilik etdiyi müəyyən edilən digər şübhəli K.T. isə Lapseki qəsəbəsində tutulub. O da iyunun 24-də məhkəməyə çıxarılaraq həbs edilib. İstintaq hadisə ilə bağlı araşdırmaları davam etdirir./Lent.az/











