Həkimə getmədi, adına dəhşətli diqanoz yazıldı - Azərbaycanda ŞOK OLAY

Həkimə getmədi, adına dəhşətli diqanoz yazıldı - Azərbaycanda ŞOK OLAY

Azərbaycan vətəndaşları son vaxtlar “MyGov” platformasındakı elektron səhiyyə sistemində onların adlarına yazılan yanlış tibbi qeydlərdən narahatdırlar. Getmədikləri həkimlər və olunmayan müayinələrin tarixçələrinə daxil edilməsi sosial şəbəkələrdə kütləvi narazılıq doğuraraq ciddi ictimai müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, şikayətçi Xuraman Abdullayeva başqa həkimə müraciət etmədiyi halda, elektron sistemdə adının tamamilə fərqli bir həkimin qəbulunda qeyd olunduğunu bildirib. Vətəndaşlar şəxsi tibbi tarixçələrinin təhrif olunmasının gələcəkdə onlarda müəyyən fəsadlar yarada biləcəyindən narahatdırlar.

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov qeyd edib ki, şəxsin barəsində toplanılan tibbi məlumatlar fərdi məlumatlar kateqoriyasına aiddir. Vətəndaşların bu məlumatların silinməsi üçün müvafiq dövlət qurumuna müraciət etmək hüququ var və problem həll olunmadıqda məhkəmə vasitəsilə məlumatların silinməsini tələb edə bilərlər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu cür hallar kütləvi xarakter daşımır və əsasən texniki səbəblərdən baş verir. Daxil olan bütün fərdi müraciətlər araşdırılır, uyğunsuzluqlar aradan qaldırılır və halların təkrarlanmaması üçün nəzarət tədbirləri gücləndirilir.\\itvxeber