Günel Hüseynova rəis təyin edildi - FOTO

Günel Hüseynova rəis təyin edildi - FOTO

“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatı həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, QSC sədri Vüsal Aslanovun imzaladığı müvafiq əmrə əsasən, Günel Hüseynova Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Günel Hüseynova bu təyinatadək həmin şöbədə mühəndis vəzifəsində çalışıb. O, daha əvvəl isə ekoloq kimi fəaliyyət göstərib./iqtisadiyyat.az/