Yay aylarında çoxlu maye qəbul etmək və uzun müddət eyni vəziyyətdə qalmamaq damar sağlamlığı üçün son dərəcə vacibdir.
NOCOMMENT.az xəbər verir ki, ürək-damar cərrahiyyəsi mütəxəssisi Prof. Dr. Uğursay Kızıltepe isti havalarda diqqət edilməli olan kritik məqamları açıqlayıb.
Artan temperatur, hərəkətsizlik və kifayət qədər maye qəbulunun olmaması damar sağlamlığına mənfi təsir göstərə bilər. Havanın temperaturu yüksəldikcə bədən daha çox maye itirir. Su çatışmazlığı qanın axıcılığını azaldır və bu, xüsusilə venoz sistemə mənfi təsir göstərə bilər.
İsti havalarda tərləmə ilə əhəmiyyətli miqdarda maye itirilir. Bu itki əvəz olunmadıqda, qan qalınlaşa bilər. Qan axınının yavaşlaması və uzun müddət hərəkətsizlik də laxtalanmaya meylliliyi artırır.
Buna görə də yay aylarında bol maye içmək və uzun müddət eyni vəziyyətdə qalmamaq damar sağlamlığının qorunması üçün çox vacibdir.
ƏLİ,
NOCOMMENT.az












