Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar

Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar

Bakıda təşkil edilən güləş üzrə U-17 dünya çempionatına yekun vurulub.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan komandası turniri 7 medalla başa vurub.

Daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kiloqram), Abdurrahman Hüseynli (51 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram), Elmir Çərkazov (60 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc medal qazanıblar.

Son gündə 51 kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçi İbrahim Həsənov gümüş medal əldə edib.