Kəlbəcər rayonunun məşhur “İstisu” yatağının ərazisində suyun sərrast şəkildə axıdılması və əhalinin bulaqdan sərbəst istifadə etməsinə məhdudiyyətlər qoyulması sosial şəbəkələrdə narazılıq doğurub.
NOCOMMENT.az xəbər verir ki, internet səhifələrində və sosial şəbəkə platformalarında yayılaraq müzakirələrə səbəb olan görüntülərdə "İstisu" zavodunun yaxınlığındakı ərazinin hasara alındığı, təbii mineral suyun bir hissəsinin isə yerə axdığı iddia olunur. Vətəndaşlar bölgəyə səfər edən turislərin və yerli sakinlərin həmin müalicəvi sudan sərbəst şəkildə faydalana bilmədiklərindən gileylənirlər.
Sosial media istifadəçiləri qeyd edirlər ki, illərdir həsrətində olduğumuz tarixi “İstisu” bulaqlarından həm sənaye məqsədli istifadə olunmalı, həm də vətəndaşların və bölgəyə gələn qonaqların həmin təbii sərvətdən yararlanması üçün xüsusi zonalar – açıq istifadə infrastrukturu yaradılmalıdır.
Məsələ ilə bağlı aidiyyəti qurumlar hələlik rəsmi açıqlama verməyib.
Sara,
NOCOMMENT.az











