Rusiyanın Yekaterinburq şəhərində ağır cinayət maddələri ilə mühakimə olunan azərbaycanlı diasporanın keçmiş lideri Şahin Şıxlinski cəzasını çəkmək üçün Krasnoyarsk diyarındakı koloniyaya mərhiləli şəkildə (etapla) göndərilib.
NOCOMMENT.az xəbər verir ki, "E1.RU" nəşrinə istinadən məlumat yayıb ki, onun oğlu Mütvəli Şıxlinski isə cəzasını Sverdlovsk vilayətində çəkəcək.
Məlumata görə, iyulun 17-də Səfərov qardaşları və böyük Şıxlinskinin etabı üçün sənədlər imzalanıb və onlar Krasnoyarsk diyarına yola salınıblar. Oğlu Mütvəli Şıxlinski isə iyulun 19-da Verxoturye şəhərində yerləşən 53 saylı cəzaçəkmə koloniyasına mərhələli şəkildə köçürülüb.
Xatırladaq ki, cari ilin aprel ayında məhkəmə ata və oğul Şıxlinskiləri hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə Şahin Şıxlinski ciddi rejimli koloniyada 9 il, oğlu Mütvəli Şıxlinski isə ümumi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edilib.
Sara,
NOCOMMENT.az











