İspan model və aktrisa Ester Esposito "Real"ın ulduz futbolçusu Kilian Mbappe ilə tətildə görünüb.
NOCOMMENT.az xəbər verir ki, aylardır birlikdə olan cütlük, mövsümün yorğunluğundan qurtulmaq üçün tətildə dincələrkən fotoları çəkilib.
Tətildən paylaşılan fotolarda cütlüyün əhval-ruhiyyəsi yüksək görünür.

"Elite" teleserialındakı rolu ilə dünyada tanınan Ester Esposito təkcə aktrisa deyil, həm də model kimi tanınır. Onun "Real"ın ulduzu Kilian Mbappe ilə münasibətləri uzun müddətdir ki, tabloidlərdə ciddi müzakirə mövzusu olub.\\lent.az










