Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Asiman Şıxıyev İnsan kapitalının idarə edilməsi şöbəsinin tərkibində sektor müdiri vəzifəsinə təyin edilib.
O, bu təyinatadək həmin şöbədə baş məsləhətçi, əvvəllər isə aparıcı məsləhətçi və məsləhətçi vəzifələrində çalışıb. (İqtisadiyyat.az)












