ŞOK! ABB müştərilərinin pulları hara yox olub? - Kiberhücum?

ŞOK! ABB müştərilərinin pulları hara yox olub? - Kiberhücum?

Azərbaycan Beynəlxalq Bankının (ABB) müştəriləri bu gün kütləvi şəkildə şokla oyanıblar. Belə ki, vətəndaşların bank kartlarında saxlanılan şəxsi pul vəsaitlərinin qəfil və səbəbsiz yerə silinməsi halları baş verib.

Şikayətçilərin bildirdiyinə görə, balanslardan heç bir əməliyyat aparılmadan 30, 40 AZN-dən başlayaraq, 213 AZN və hətta 500 AZN-ə qədər müxtəlif məbləğlərdə vəsaitlər naməlum istiqamətə çıxılıb.

Səhər saatlarından etibarən yüzlərlə vətəndaş sosial şəbəkələrdə bankın təhlükəsizlik sistemini sorğulamağa və pullarının aqibətini öyrənməyə çalışır. Kütləvi şikayətlər daxili maliyyə sektorunda ciddi narahatlıq və xaos yaradıb.

NOCOMMENT.az xəbər verir ki, istifadəçilərin bank kartlarından silinən vəsaitlərin nə vaxt geri qaytarılacağı və bu texniki xətanın nədən qaynaqlandığı ilə bağlı bankla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxıb.

Ölkənin ən böyük banklarından olan qurumun nə mətbuat xidməti, nə də qaynar xətti zənglərimizə cavab vermir.

Bankın bu səssizliyi və müştəriləri məlumatsız qoyması vətəndaşlar arasında narazılığı daha da alovlandırır. Məsələni diqqətdə saxlayacağıq.

Sara,
NOCOMMENT.az