Göl daşıb, evlər, yollar su altında qalıb. Görüntülər Abşeron rayonunun Məmmədli kəndindəndir.
NOCOMMENT.az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, son günlər göldə su səviyyəsinin sürətlə qalxması ilə vəziyyət daha da ağırlaşıb. Daşan su yaxınlıqdakı yaşayış evlərinin həyətyanı sahələrinə dolaraq antisanitar şərait yaradıb. Bəzi küçələrdə isə hərəkət demək olar ki, mümkünsüz hala gəlib. Xüsusilə yağışdan sonra qrunt suları ilə kanalizasiya xətlərindən sızan çirkab suların bir-birinə qarışması ərazidə dözülməz mənzərə formalaşdırıb. Kənd sakinləri bildirirlər ki, problem təkcə gölün daşması ilə yekunlaşmır. Uzun müddətdir ərazidə normal drenaj sisteminin və kanalizasiya xəttinin olmaması, hər dəfə oxşar vəziyyətin yaranmasına səbəb olur. Onların sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, məsələ hələ də köklü həllini tapmayıb.
Məmmədli Bələdiyyəsindən “Xəzər Xəbər”ə bildirildi ki, hadisə baş verən gündən onlar sakinlərin yanındadır. Hətta, öz daxili imkanları hesabına xüsusi nasoslar vaistəsi ilə suyun çəkilməsini təmin edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.











