"Santos"un hücumçusu Neymar Braziliya millisindəki karyerasını başa vurduğunu bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, 34 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edərək artıq yığmanın formasını geyinmək istəmədiyini bildirib.
Neymar qeyd edib ki, illər ərzində Braziliya millisi üçün əlindən gələni edib və bütün gücünü ortaya qoyub. Onun sözlərinə görə, artıq milli komandadakı yolunun sona çatdığına inanır.
Xatırladaq ki, DÇ-2026-nın 1/8 final mərhələsində Braziliya millisi Norveçə 1:2 hesabı ilə məğlub olub. Komandasının yeganə qoluna isə məhz Neymar imza atıb.
2010-cu ildən etibarən Braziliya millisinin formasını geyinən ulduz futbolçu 130 oyunda 80 qol vurub, 59 məhsuldar ötürmə edib. Komanda tarixinin ən sərrast bombardiri olan Neymar, yığma ilə 2013-cü ildə Konfederasiyalar Kubokunu, 2016-cı ildə isə Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.











