Neyrocərrahiyyə Xəstəxanasında “odsöndürən balon” tenderi niyə dayanıb?

Neyrocərrahiyyə Xəstəxanasında “odsöndürən balon” tenderi niyə dayanıb?

“Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ odsöndürən balonların yenidən doldurulması ilə bağlı elan etdiyi satınalma ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qanunun 36.1.1-ci maddəsinə əsasən, bu xidmət üçün təklif, təklifin təminatı və tələb olunan lisenziyaya malik olan təchizatçıların sayı normativ tələbi – yəni minimum üç şirkəti – qarşılamadığı üçün prosedur dayandırılıb. Ləğv mətni rəsmi sənəddə qısa şəkildə “təchizatçıların sayı üçdən azdır” kimi göstərilib.

Xatırladaq ki, satınalmanın ümumi ehtimal olunan dəyəri 1.558,20 manat idi və bu məbləğə CO₂ qazlı 3 kq-lıq, NaBCO₂ tərkibli 4 kq-lıq və 6 kq-lıq odsöndürən balonların təkrar dolumu daxil idi.