NOCOMMENT.az-dan AÇIQLAMA

NOCOMMENT.az-dan AÇIQLAMA

NOCOMMENT.az saytında Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatlarla bağlı material yayımlanıb.

Sözügedən materialda ötən tədris ilində Azərbaycanda 200 tələbənin vəfat etdiyi açıqlanıb.
( Xəbərin linki: https://nocomment.az/tehsil/oten-tedris-ilinde-azerbaycanda-200-telebe-vefat-edib-507151 )

Saytın rəsmi səhifəsində bu material dəqiq və müvafiq başlığı ilə yer alıb, lakin sosial şəbəkə paylaşımı zamanı SMM əməkdaşı tərəfindən başlıq təhrif edilərək paylaşıldığı aşkar olunub. Bununla əlaqədar olaraq həmin paylaşım dərhal nəzərdən keçirilib və yanlışlıq aradan qaldırılıb.

NOCOMMENT.az hər zaman dəqiq, qərəzsiz və peşəkar jurnalistika prinsiplərinə sadiq fəaliyyət göstərib və bundan sonra da həmin prinsipləri rəhbər tutacaq. Baş vermiş nöqsan redaksiya daxilində ciddi şəkildə müzakirə olunub, sosial media idarəçiliyinə məsul olan əməkdaş barəsində müvafiq intizam tədbiri görülüb və ona ciddi xəbərdarlıq edilib. Gələcəkdə oxşar halların təkrarlanmaması üçün əlavə redaksiya prosedurları tətbiq ediləcək.